1 minute read

  1. Coordination Chemistry
  2. Tarixi

Koordinasiya birləşmələrinin ilk araşdırması Alfred Werner tərəfindən XX əsrin əvvəllərində aparılıb. Lakin bundan öncə də Prusiya mavisi KFe[Fe(CN)6], aureolin (K3[Co(NO266H2O) kimi piqmentlər və ya boyalar istifadə edilirdi.

Qeyri-Üzvi kimyaçılar mövcud nəzəriyyələrdən istifadə edərək koordinasiya birləşmələrini izah etməyə çalışmış, lakin uğurlu olmamışdılar. Məsələn, mövcud qaydalara əsasən heksaaminkobalt (III) xlorid ([Co(NH3)6]Cl3)-in quruluşunda kobaltın sadəcə 3 valentli olmalı idi.

Sırf ammonyaklı komplekslər üçün Blomstrand və Jorgensen tərəfindən yeni nəzəriyyə irəli sürüldü. Bu nəzəriyyəyə əsasən xlorid iyonları kobalta və azotlara birləşə bilirdi; kobalta birləşən xlorlar azota birləşən xlorlardan daha güclü rabitə yaradırlar.

Alfred Werner isə yeni fikir irəli sürdü; bütün ammonyak molekulları birbaşa kobalta birləşib, xlorid ionları isə daha zəif rabitə yaradır. Hazırda istifadə etdiyimiz nəzəriyyədə bu ionları biz müstəqil ionlar adlandırırıq.

Aşağıdakı cədvəldə Werner və Blomstrand nəzəriyyələrinə əsasən kobalt kompleksinin dissoasiyasından neçə xlor ayrıldığı göstərilib.

Əslində, fərq yalnız sonuncu maddədə özünü göstərir.

Jorgensen və Werner arasında debat illərlə davam etdi. Werner öz nəzəriyyəsini təkmilləşdirməyə və yeni koordinasiya birləşmələri üzərində tətbiq etməyə məcbur idi. O, [Co(H2NC2H4NH2)2Cl2]+ - un yaşıl və bənövşəyi izomerlərini hazırladı. Bu kompleksin oktahedral quruluşa malik olduğunu, rəng fərqinin isə sis və trans vəziyyətlərdə olması ilə əlaqələndirdi. Nəhayət, 1907-ci ildə Jorgensen Wernerin nəzəriyyəsi ilə razılaşmalı oldu.

    1. Nomenklatura

Bu bölmədə komplekslərin nomenklaturasına – yəni adlandırılmasına baxacıq.

  • Metal atomuna iki və ya daha çox nöqtədən birləşən liqandlar xelatlaşdırıcı liqandlar, alınan komplekslər isə xelatlar adlandırılır.
  • Metal atomuna yalnız və yalnız bir nöqtədən birləşən liqandlar monodentant, yəni birdişli liqandlar adlandırılır. Eyni məntiqlə, iki nöqtədən birləşən liqandlar ikidişli (bidentant), üç, dörd, beş və altı dişli liqandlar da uyğun olaraq tri - , tetra - , penta - və heksa- ön sözlərindən istifadə edir.

Aşağıdakı cədvəllərdə klassik birdişli liqandlar, xelatlaşdırıcı aminlər və liqandlar verilmişdir.

Nomenklatura qaydaları:

  1. Öncə kation, sonra anion:

Diamminesilver (I) xloride - [Ag(NH3)2]Cl

Kalium heksasiyanoferrat (III) K3[Fe(CN)6]

  1. Daxili sfera transkript ([ ]) içərisində verilir. Daxili sferada metal öncə yazılsa da, liqandların adları daha öncə qeyd edilməlidir.

Tetraminnecopper(II) sulfat – [Cu(NH3)4]SO4

Heksamminekobalt (III) xlorid – [Co(NH­3)6]Cl3

  1. Liqand sayı aşağıdakı cədvəldəki söz önləri ilə qeyd edilməlidir. Sadə hallarda ikinci sütundakı söz önləri istifadə edilir. Əgər liqandın adında bu sözönlərindən biri varsa, kompleksin adını sadələşdirmək üçün üçüncü sütundakı adlardan istifadə edilir.

Updated: